
Məntiqu Sual 5
Cenab Xoms, tam eminliklə deye bilerem ki, mənim pişiyimi bu mərifətsiz taksi sürücüsü vurub qaçmışdır. Belə ki, mən blokun ağzında gözləyirdim ki, yağış kəssin, bu zaman pişiyim zənbildən atlanıb yola qaçdı, bu sürücü isə qəsdən maşını soldan sağa çəkərək pişiyimin quyruğunun üstündən keçdi. Mən irəli qaçıb maşının nömrəsinə baxdım, sonra isə bu dayanacaqda onu haqladım. O isə mənə kobud şəkildə "rədd olun" dedi. Xahiş edirəm bu barədə ölçü götürülsün.
XOMS : Xanım sakitləşin xahiş edirəm, sizin pişiyinizi bu sürücü vurmayıb, o başqa birisi olub, yaxşısı budur pişiyi veterinarın yanına aparın.
Sizcə XOMS nədən bu qənaətə gəldi ?
Yorumlar
Yorum Gönder