![]() |
Psixoloji Test |
6 Ev rəsmi arasından gözünüzə ən gözəl gələni, sizi ən çox cəlb edəni seçin və sonra cavabını oxuyun
1.Bu evi seçən insanların çoxu soylu, coşğulu, komikdir və
içlərində macəra üçün bir ehtiras dayanır.
Bu tip insanlar həyatın dünyəvi rutininden qaçmağın yolunu
axtarırlar və ümumiyyətlə, ekskursiya, idman və özlərinə
kef verən fəaliyyətlərə çox bağlıdırlar.
Bir az coşqun və cəsarətli olurlar, bu da onların yox
deməsini çətinləşdirir və məsuliyyətsiz hərəkətlərə
səbəbiyyət verə bilər.
Böyük macəralar və yaxşı vaxt keçirəcəkləri tədbirlər
planlaşdırırlar, lakin gündəlik həyatlarına əyləncənin
müdaxilə etməsinə yol verməməlidir. Bu evi seçən insanlar
sadəcə gələcəkdə yaşamayıb, gündəlik həyatının hər anının
dadını çıxarma öyrənməlidirlər.
2. ev isə, mövzu çətinliklərə gəldiyi zaman məsuliyyətli və
ehtiraslı olan insanları təmsil edir. Hər şeydən əlavə,
bu insanlar hər zaman ətrafındakı insanlara qarşı nəzakətli
və namusludurlar.
Bu insanların ən vacib dominant xarakter xüsusiyyətlərindən
biri empatidir, və hətta bəzən başqa insanların problemlərini
öz problemləri kimi qəbul edirlər; Bu da zərərli bir hala
gələ bilməkdedir.
Gələcəkləri haqqında narahatlıq duyurlar və bu da narahatlığa
yol aça bilər. Bu tip insanlar üçün ən yaxşı təkliflər;
Özlərini həyatın axarına buraxmaları və anda yaşamağı
öyrənməkdir.
3.Bu tip ev özünə inamı olan insanları təmsil edir,
üzləşəcəkləri hər şeyin qarşısındadırlar və bütün
məqsədlərinə çata bilmək üçün çox sıx və təsirli çalışırlar.
Bu insanlar özlərinə qoyduqları hədəfə çatmaq üçün
əllərindəki bütün gücü istifadə edən rəqabətə davamlı
insanlardır. Yenə də, bu insanlar üçün hisslərini idarə
etməyi öyrətmək çox önəmlidir, çünki həyatlarında hər
şey istədikləri kimi getməyə və bilmədikləri şeylərdə baş
etməyi də öyrənmələri lazımdır.
Əgər bu 3-ci evi seçən bir insansınızsa, doyana və yorulana
qədər işin hər zaman ən yaxşı variant olmadığını özünüzə
xatırladın. Ən yaxşısı çətinliklərlə sakit bir şəkildə
məşğul olmaq, yaxşı bir iş çıxarmaq və sağlamlığınızı mənfi
istiqamətdə təsir edəcək stress hallardan uzaq durmaqdır.
Vaxtınızı daha yaxşı təşkil etməyi öyrənmək və özünüzə
qoyduğunuz təqvimə tabe olmaq da vacibdir, və eyni zamanda
ailəniz və dostlarınıza da vaxt ayırmağı unutmayın.
4.Bu 4-ci ev mehriban, dürüst insanları və ətrafındakı hər
şeylə və hər kəslə bir harmoniya halında yaşayan insanları
təmsil edir. Adətən problem yarada biləcək hallardan
çəkinirlər. Bu insanlar yaxın dostları tərəfindən əhatə
olunmağı sevən, səssiz, sakit insanlardır.
Sakit bir həyat yaşamaq onların ən gözəl fəzilətlərindən
biridir amma bu insanların eyni zamanda özlərini daha irəli
aparacaq təcrübələri də yaşamağı öyrənməlidirlər.
Pis halları özlərinə çevirəcək bir şəkildə həll etməyi
sınaqları əsasən qeyri-sağlam nəticələnir və bu da daha çox
problemə yol aça bilər.
5.Evin insanları həyatı təcrübələrinin nəticəsi olaraq hiss
etdikləri duyğular vasitəsilə şərh edirlər, bu da bu
insanların özlərinin və ya başqalarının hiss etdiyi ağrı,
kədər və ya həyəcan anlarında çox duyğusal olmalarına səbəb
olur.
Çox emosional olduqlarından dolayı, ən böyük çətinlikləri,
vəziyyətləri və hissləri bir-birindən ayırd etməyi
öyrənməkdir, hiss etdiyi şeylərin kənardakı amillərlə bağlı
olmaya bileceini öyrənmələri lazımdır.
Bu insanlar üçün ən yaxşısı, dialoq qurmağa daha çox vaxt
ayırmaq və birbaşa nəticələrə diqqət yetirməlidirlər
6.Bu son ev adətən, əli açıq, təsirli, istedadlı və müxtəlif
mövzularda və fəaliyyətlərdə uğurlu olan insanlar tərəfindən
seçim edilir.
Bu insanların fundamental zəiflikləri, səbr mövzusunda əskik
olmasıdır və həmçinin digər insanlar onlarla eyni şəkildə
düşünmədiyi və ya hərəkət etmədiyi zaman ümidsizliyə qapıla
bililər
Bu tip insanlar üçün görülməsi lazım olan, qabiliyyətlərini
başqalarına kömək etməkdə, səbr və xoş münasibətlərini
inkişaf etdirməkdə istifadə etməkdir. Bu şəkildə, insanlar
arası münasibətlərini inkişaf etdirərək, daha dolu və kefli
bir həyat yaşayacaqlar.

Yorumlar
Yorum Gönder