İphone 8 və Galaxy S8 ortağ bir xüsusiyyətə sahib olacaq




İphone 8 və Galaxy S8 ortağ bir xüsusiyyətə sahib olacaq




2017-nin ən çox maraqla gözlənilən ağıllı telefonları arasında Apple-ın iphone 8 modeli və Samsungun Galaxy S8 modeli yer alır. Yeni gələn məlumatlar, iphone 8 və Galaxy S8in ortaq bir xüsusiyyətinin olacağını göstərir. IP68 suya dayanığlıq sertifikatı!

 Sony, illərdir çox ağıllı telefonlarında toza və suya möhkəmlik xüsusiyyətini istifadə etdi. Son illər digər istehsalçılar də admiral gəmisi telefonlarını suya davamlı istehsal etməyə başladılar. Ötən il tanıdılan Galaxy S7 və Galaxy S7 Edge, beş metr dərinlikdəki suda yarım saata qədər dözəcəklərini göstərən IP68 sertifikata malik.
1484315548_201701120008950.jpg

Yenə ötən il tanıdılan iphone 7 və iphone 7 Plus, üç metrə qədər yarım saat daynabiləcəyi mənasına gələn IP67 sertifikatına malik. Həmçinin bunlar suya dözümlü ilk iphone oldu.

 Bununla yanaşı Apple, bu il iphoneun 10-ci ildönümünü qeyd edir və iddialara görə bu səbəblə böyük yeniliklər təqdim edəcək. Bu yeniliklər arasında "ucdan uca" olacağı deyilən xüsusi bir OLED ekran da yer alır. Normal model yüksəltmələri üçün isə 2017 iphoneun, IP68 sertifikatına sahib olacağı iddia edilir.

 Yaxın aylarda tanıdılması gözlənilən Galaxy S8 modellərinin də, Galaxy S7 modelləri kimi IP68 sertifikatına malik olması gözlənilir. Appleın 10-ci İl münasibətilə, Samsungun isə Galaxy Nota 7 fiaskosu ilə əlaqədar yeni modellərdə yüksək keyfiyyətlərə və yeniliklərə yer verməsi gözlənilir. Bu səbəbdən 2017-ci ildə bizi böyük sürprizlər gözləyir ola bilər

Yorumlar